Mahmud Qurbanov: Kimsə onu deyirsə, ortaya faktlar qoysun” - VİDEO

Müsahibə
21 Aprel 2024 11:49
563
Mahmud Qurbanov: Kimsə onu deyirsə, ortaya faktlar qoysun” - VİDEO

“Gənc futbolçuları tərifləməyin tərəfdarı deyiləm. Belə olduqda növbəti turda ya qırmızı alırlar, ya da neqativ halla yadda qalırlar”.

Bunu “İdman Bizdə” verilişinin qonağı olan Azərbaycan millisinin futbolçusu Mahmud Qurbanov deyib.

50 yaşlı mütəxəssis Premyer Liqadakı futbolçuların səviyyəsini dəyərləndirib: “Bəyəndiyim oyunçu Emin Mahmudovdur. O da bu il çox zəif oynayır. “Qarabağ”dan Toral Bayramov, Elvin Cəfərquliyev, “Sumqayıt”dan Səbuhi Abdullazadəni də fərqləndirərdim. Son vaxtlar köhnə futbolçularla indikiləri çox müqayisə edirlər. Amma nəticə yoxdursa, bu, düzgün deyil. Gürcüstan millisi kimi uğur qazansalar, özüm gəlib ilk müqayisəni aparar, tərif edərəm”.

Qurbanov hazırkı millinin dövlərin ən güclüsü olduğu fikri ilə də razı deyil: “Kim deyir ki, indiki yığma o vaxtkından güclüdür? Bununla razı deyiləm. Kim onu deyirsə, ortaya faktlar qoysun. Renat Dadaşov Almaniya, Ramil Şeydayev Rusiya futbol məktəbinin yetirməsidir. Bizim oynadığımız dövrlərdə futbolçuların bir çoxuna təklif var idi. Sadəcə həmin zaman xaricdə oynamağımız müşkül idi. Bu AFFA ilə bağlı idi. Səni istəyirdisə, tək özündən asılı deyildi. O vaxt bəziləri Rusiya, İsrail, Səudiyyə Ərəbistanı, Türkiyədə oynadı. İndi isə AFFA xaricdə oynamaq istəyənlərə şərait yaradır. Amma arzuladığımız çempionatlarda futbolçularımız yoxdur. Əfsuslar olsun ki, çox azdır. Futbolçulara heç bir iradım yoxdur. İndiki heyət güclüdürsə, final mərhələsinə çıxsalar, mən razılaşaram. İtalya, İspaniya, Almaniya çempionatında oynasalar da, bununla razılaşaram”.



Emin Ağa
İdman.biz