Azərbaycan çempionatında finalçılar bəlli olub

Xəbərlər
21 Aprel 2024 00:18
142
Azərbaycan çempionatında finalçılar bəlli olub

Minifutbol üzrə Azərbaycan çempionatında finalçılar bəlli olub.

İdman.biz xəbər verir ki, "Birbaşa Bakı" və "Aznur" həlledici oyunda qarşılaşacaqlar.

"Aznur" yarımfinalda “Real”dan güclü olub. Komanda cavab matçında 6:2 hesabı ilə qalib gəlib.

Çempionatın favoriti "Birbaşa Bakı" isə hər iki oyunda "Odlar Yurdu"nu məğlub edib.

Azərbaycan çempionatı
Yarimfinal, cavab oyunları
20 aprel
"Aznur" – "Real" (Bakı) – 6:2

İlk oyun – 2:2

"Birbaşa Bakı" – "Odlar Yurdu" – 6:3
İlk oyun – 2:0

İdman.biz