Ramil Şeydayevin qol vurduğu oyunla bağlı QƏRAR

Xəbərlər
20 Aprel 2024 09:53
2 756
Ramil Şeydayevin qol vurduğu oyunla bağlı QƏRAR

Türkiyə Futbol Federasiyası (TFF) "Kocaelispor" - "Giresunspor" matçı ilə bağlı qərarını açıqlayıb.

İdman.biz xəbər verir ki, TFF 1-ci liqada 29-cu tur çərçivəsində qonaqlara oyunda iştirak ərizəsində adı olmayan futbolçunu meydana buraxdığı üçün texniki məğlubiyyət verməyib.

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin formasını geyindi "Kocaelispor"un 2:0 hesabı ilə qalib gəldiyi nəticə qüvvədə saxlanılıb. "Giresunspor" isə 56 min TL (2900 manat) cərimələnib.

Qeyd edək ki, Kocaeli təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatan qarşılaşmada rəqib 85-ci dəqiqədə adı protokolda Furkan Arda Kabacanı meydana buraxıb. Şeydayevin hesabı açdığı görüşdə rəqibə texniki məğlubiyyət veriləcəyi gözlənilirdi.

İdman.biz

Məqalədə: