Avtoqol “Yuve”ni məğlubiyyətdən xilas edib - VİDEO

Xəbərlər
20 Aprel 2024 00:46
112
Avtoqol “Yuve”ni məğlubiyyətdən xilas edib - VİDEO

İtaliya A seriyasında 33-cü tura 2 oyunla start verilib.

İdman.biz verir ki, “Yuventus” Kalyari səfərindən 1 xalla dönüb.

Fasiləyə 0:2 hesabı ilə məğlub yollanan “Qoca Sinyora” geridönüş edə bilib. 87-ci dəqiqədə qeydə alınan avtoqol “Yuve”yə 1 xal qazandırıb.

“Latsio” səfərdə “Cenoa”dan güclü olub. Luis Albertonun vurduğu qol oyunda yeganə olub.

“Yuventus” 64 xalla 3-cü, “Latsio” 52 xalla 6-cı pillədə qərarlaşıb.

İtaliya A Seriyası
33-cü tur

“Cenoa” – “Latsio” – 0:1
“Kalyari” – “Yuventus” – 2:2

İdman.biz