Brunu Fernandeşdən Ronaldu ilə bağlı çağırış: “O, həmişə ən böyük simvol olaraq qalacaq”

4 Oktyabr 2026 04:19
106
Brunu Fernandeşdən Ronaldu ilə bağlı çağırış: “O, həmişə ən böyük simvol olaraq qalacaq”

Portuqaliya millisinin kapitanı Brunu Fernandeş komandanın düşərgəsini qalmaqallı şəkildə tərk edən Ronalduya dəstək verib.

İdman.Biz “The Sun”a istinadən xəbər verir ki, Fernandeş 41 yaşlı hücumçunun Portuqaliya futbolu üçün irsinin dəyişməz qalacağını bildirib və Portuqaliya Futbol Federasiyasını Ronaldu ilə baş məşqçi Jorji Jezuş arasındakı problemi həll etməyə çağırıb.

“Mən Kriştianu Ronaldu ilə danışdım və ona dedim ki, o, millimizin və ölkəmizin ən böyük simvoludur və həmişə belə də qalacaq.

Milli komandamız parçalanmayıb, vahiddir. Məsələlər kollektiv daxilində həll olunmalı və hər iki tərəf üçün yaxşı sonluqla bitməlidir”, – deyə Fernandeş bildirib.

Qeyd edək ki, Ronaldu Millətlər Liqasında Danimarka ilə oyundan bir gün əvvəl, Jezuşun onun ehtiyatda qalacağını açıqladığı mətbuat konfransından sonra milli komandanın düşərgəsini tərk edib. O, komanda yoldaşlarının heç biri ilə vidalaşmadan şəxsi təyyarə ilə Madriddə uçub.

Daha sonra Ronaldu bildirib ki, vaxtı çatanda bu qərarının səbəbləri barədə həqiqəti açıqlayacaq.

İdman.Biz