Millinin baş məşqçisi ilə müqavilə uzadılıb

Xəbərlər
19 Aprel 2024 14:10
108
Millinin baş məşqçisi ilə müqavilə uzadılıb

Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmannın müqaviləsi uzadılıb.

İdman.biz xəbər verir ki, mütəxəssis AVRO-2024-dən sonra da postunda qalacaq.

Bu barədə qərarı Almaniya Futbol İttifaqının Müşahidə Şurası verib. 36 yaşlı çalışdırıcının anlaşması DÇ-2026-nın sonuna kimi nəzərdə tutulub.

Qeyd edək ki, AVRO-2024 Almaniyada, DÇ-2026 isə ABŞ, Kanada və Meksikada keçiriləcək.

İdman.biz