“Qəbələ”də vida

Xəbərlər
19 Aprel 2024 12:52
107
“Qəbələ”də vida

“Qəbələ” daha bir futbolçusu ilə yollarını ayırıb.

İdman.biz xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

“Qırmızı-qaralar” Feras Abu Akalla vidalaşıb. 27 yaşlı israilli yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, 2022-ci ilin iyulundan “Qəbələ”də çıxış edən legioner 47 matçda 3 qol vurub. Feras Premyer Liqada 37 (2 qol), Azərbaycan kubokunda 8 (1 qol), Konfrans Liqasında 2 oyunda iştirak edib.

İdman.biz

Məqalədə: