Portuqaliya milli futbol komandasının UEFA Millətlər Liqasının qarşıdakı oyunları üçün heyəti müəyyənləşib.
İdman.Biz xəbər verir ki, baş məşqçi Roberto Martines 41 yaşlı Kriştianu Ronaldunu da siyahıya daxil edib. Təcrübəli hücumçu növbəti dəfə milli komandanın hücum xəttində əsas fiqurlardan biri olacaq.
Portuqaliya A4 qrupunda Norveç, Danimarka və Uelslə mübarizə aparacaq. Komanda qrup mərhələsində altı oyun keçirəcək.
Qapıçılar:
Dioqo Koşta
Rui Silva
Samuel Soareş
Müdafiəçilər:
Joao Kanselo
Dioqo Dalot
Ruben Diaş
Tomaş Araujo
Renato Veyqa
Qonsalo İnasio
Nuno Mendeş
Nuno Tavareş
Yarımmüdafiəçilər:
Joao Palinya
Ruben Neveş
Vitinya
Joao Neveş
Bernardu Silva
Bruno Fernandeş
Hücumçular:
Fransisko Konseysao
Fransisko Trinkao
Rafael Leao
Pedro Neto
Joao Feliks
Kriştianu Ronaldu
Qonsalo Ramoş
Fabio Silva
Portuqaliyanın qrup mərhələsində ilk sınağı Uelsə qarşı olacaq. Daha sonra komanda səfərdə Norveç və Danimarka ilə üz-üzə gələcək.
Portuqaliyanın oyunları - Bakı vaxtı ilə:
24 sentyabr, 22:45 - Portuqaliya - Uels
27 sentyabr, 22:45 - Norveç - Portuqaliya
1 oktyabr, 22:45 - Danimarka - Portuqaliya
4 oktyabr, 22:45 - Portuqaliya - Norveç
14 noyabr, 23:45 - Portuqaliya - Danimarka
17 noyabr, 23:45 - Uels - Portuqaliya
Qeyd edək ki, Kriştianu Ronaldu Portuqaliya millisinin kapitanı və yığmanın tarixində ən çox oyun keçirən, ən çox qol vuran futbolçudur.
