Xavi ilə Van Deyk arasında gizli görüş: Qərar verildi

18 Sentyabr 2026 16:15
94
Xavi ilə Van Deyk arasında gizli görüş: Qərar verildi

İngiltərənin “Liverpul” futbol komandasının müdafiəçisi Vircil van Deyk Niderland millisində çıxışını davam etdirmək niyyətindədir.

İdman.Biz xəbər verir ki, Niderland yığmasının yeni baş məşqçisi Xavi Ernandes yaxınlaşan UEFA Millətlər Liqasının dörd oyunu üçün ilk heyətini açıqlamağa hazırlaşır və Van Deykin də siyahıda yer alacağı gözlənilir.

Niderland mətbuatının məlumatına görə, Xavi ötən həftə İngiltərədə 35 yaşlı müdafiəçi ilə görüşüb. Söhbət zamanı Van Deyk milli komandada oynamağa davam etmək istədiyini bildirib, Xavi isə bu istəyinə müsbət yanaşıb.

“Algemeen Dagblad” yazır ki, tərəflər arasındakı görüş məhsuldar keçib və həm baş məşqçi, həm də futbolçu birgə işləmək üçün kifayət qədər potensial gördüklərini düşünürlər.

Qeyd edək ki, Van Deyk Niderland millisinin heyətində indiyədək 96 oyun keçirib. O, növbəti matçlarda meydana çıxacağı təqdirdə 100 oyun həddinə çata bilər.

İdman.Biz