“Turan Tovuz” - “Fənərbağça” oyununun biletləri gələn həftə satışa çıxarılacaq

18 Sentyabr 2026 16:31
114
“Turan Tovuz” - “Fənərbağça” oyununun biletləri gələn həftə satışa çıxarılacaq

“Turan Tovuz” və “Fənərbağça” futbol komandaları arasında keçiriləcək yoldaşlıq oyununun biletləri gələn həftə satışa çıxarılacaq.

İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, biletlər, böyük ehtimalla, “Birbilet.az” platformasında satışda olacaq. Hələlik biletlərin qiyməti ilə bağlı məlumat yoxdur.

Qeyd edək ki, qarşılaşma oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

İdman.Biz