“Sabah” “İmişli”yə qarşı oyuna neçə itki ilə çıxacaq? - “Bayquşlar”dan İDMAN.BİZ-ə AÇIQLAMA

18 Sentyabr 2026 16:46
89
“Sabah” “İmişli”yə qarşı oyuna neçə itki ilə çıxacaq? - “Bayquşlar”dan İDMAN.BİZ-ə AÇIQLAMA

Misli Premyer Liqasının altıncı turunda “İmişli”ni qəbul edəcək “Sabah”ın heyətində itkilər müəyyənləşib.

“Bayquşlar”ın sözçüsü Elnur Həmidovun İdman.Biz-ə verdiyi məlumata görə, iki futbolçu sözügedən oyunda iştirak edə bilməyəcək.

“Xəyal Əliyev arxa bud əzələlərinin ümumi vətərinin tam qopması səbəbindən əməliyyat keçirib. Stiv Solvetin isə ayağında burxulma var. Hər iki futbolçu “İmişli” ilə oyunda komandaya kömək edə bilməyəcək. Onların nə vaxt sıraya qayıdacağı hələ dəqiq deyil”, - deyə o açıqlamasında bildirib.

O əlavə edib ki, komandada cəzalı futbolçu yoxdur.

Qeyd edək ki, “Sabah” - “İmişli” görüşü sentyabrın 19-da keçiriləcək. “Bank Respublika Arena”da reallaşacaq qarşılaşmanın start fiti saat 19:45-də səsləndiriləcək. “Sabah” 12 xalla turnir cədvəlinin birinci pilləsində yer alıb. Dörd xala malik “İmişli” isə doqquzuncudur.

İdman.Biz
Məqalədə: