17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.
İdman.biz xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
İspaniyanın “Marset” Futbol Akademiyasından cəlb olunan qapıçı Elbrus Kərimov məşq zamanı zədələndiyi üçün onun əvəzinə “Neftçi”dən Məhdi Həsənov milliyə dəvət edilib.
U-17 aprelin 16-dan 21-dək Bakıda təlim-məşq toplanışı keçəcək. Millimiz aprelin 22-dən 28-dək isə Belarusun paytaxtı Minskdə təşkil olunacaq İnkişaf turnirində iştirak edəcək.
Qeyd edək ki, U-17 turnir çərçivəsində Belarus, Özbəkistan və Tacikistan yığmaları ilə qarşılaşacaq.
İdman.biz