Dünya reytinqi: “Qarabağ” irəliləyib, “Neftçi”dən sıçrayış

Xəbərlər
18 Aprel 2024 16:17
789
Dünya reytinqi: “Qarabağ” irəliləyib, “Neftçi”dən sıçrayış

Dünya klublarının qlobal reytinqi açıqlanıb.

İdman.biz xəbər verir ki, siyahıda planetin 1000 ən yaxşı komandası yer alıb.

Cədvələ Azərbaycanın 4 klubu daxil edilib. Premyer Liqanın çempionu “Qarabağ” dünyanın 172-cisidir. Qurban Qurbanovun yetirmələrinin əmsalı 0,671-dir. Ağdam klubu 8 pillə irəliləyib.

“Zirə” 0,121 xalla 364-cü yerdədir. Rəşad Sadıqovun yetirmələrinin irəliləyişi 20 pillə təşkil edib.

“Neftçi” 376 addımlıq sıçrayışa nail olub. Bakılılar 0,108 xalla dünyada 409-cudur.

“Sabah” 49 pillə geriləyib. Əmsalı 0,043 olan paytaxt təmsilçisi 723-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, siyahıya 2,020 xala malik “Mançester Siti” başçılıq edir.

İdman.biz