"Aston Villa" yarımfinalda, "Fənərbaxça" penalti seriyasında uduzub - VİDEO

Xəbərlər
19 Aprel 2024 02:03
200
"Aston Villa" yarımfinalda, "Fənərbaxça" penalti seriyasında uduzub - VİDEO

Bu gün Konfrans Liqasında yarımfinalçılar müəyyənləşib.

İdman.biz xəbər verir ki, 1/4 finalın cavab oyunları çərçivəsində 4 matç baş tutub.

“Fənərbaxça” Yunanıstanda uduzduğu “Olimpiakos”dan revanş alsa da, cütün taleyini 11 metrlik zərbələr seriyası həll edib. 3 dəfə "ağ nöqtə"dən dəqiq ola bilməyən İstanbul klubu yarımfinaldan kənarda qalıb.

“Lill” - “Aston Villa” matçının da qalibi lotereyada bəlli olub. İngiltərə təmsilçisi daha dəqiq olaraq, yarımfinala yüksəlib. “Brügge” PAOK-u, “Fiorentina” isə “Viktoriya”nı iki oyunun nəticəsinə görə məğlub edib.

Qeyd edək ki, Konfran Liqasının yarımfinalında "Fiorentina" - "Brügge" və "Aston Villa" - "Olimpiakos" matçları keçiriləcək. Mərhələnin oyunları mayın 2-də və 9-da baş tuatacaq.

Konfrans Liqası
1/4 final, cavab oyunları
18 aprel
20:45. “Lill” – “Aston Villa” - 2:1, pen. 3:4

İlk oyun – 1:2

20:45. “Fiorentina” – “Viktoriya” - 0:0, ə.v. 2:0
İlk oyun – 0:0

23:00. “Fənərbaxça” – “Olimpiakos” - 1:0, pen. 2:3
İlk oyun – 2:3

23:00. PAOK – “Brügge” - 0:2
İlk oyun – 0:1

İdman.biz

Məqalədə: