“Qarabağ” mövqeyini qoruyub, “Neftçi” geriləyib

Xəbərlər
12 Aprel 2024 14:37
“Qarabağ” mövqeyini qoruyub, “Neftçi” geriləyib

Avropanın top komandalarının yeni reytinq cədvəli açıqlanıb.

İdman.biz xəbər verir ki, siyahıda qitənin 415 ən güclü klubu yer alıb.

Azərbaycan cədvəldə 4 komanda ilə təmsil olunub. "Qarabağ" 293 xalla siyahıda 65-cidir. Qurban Qurbanovun yetirmələri Avropadakı mövqeyini qoruyub.

"Neftçi" 27 xalla 240-cıdır. Bakılılar 3 addım geriləyib.

"Sabah" 20 xalla 262-ci pillədədir. Paytaxt təmsilçisi 3 pillə irəliləyib. 5 xalla 362-cı yerdə olan "Qəbələ" 1 pillə geriləyib.

Qeyd edək ki, siyahıya 2451 xala malik "Real" başçılıq edir.

İdman.biz