Toral Bayramov Nəriman Axundzadə ilə rəqs videosuna aydınlıq gətirib - VİDEO

Müsahibə
11 Aprel 2024 16:06
990
Toral Bayramov Nəriman Axundzadə ilə rəqs videosuna aydınlıq gətirib - VİDEO

“Nəriman Axundzadə ilə rəqs videomuza görə çox tənqid olunduq”

Bunu "İdman Bizimlə”nin qonağı olan “Qarabağ”ın futbolçusu Toral Bayramov deyib.

23 yaşlı müdafiəçi bildirib ki, tənqidlə üzləşdikləri video heç də əvvəlcədən hazırlanmamışdı: “Əslində, qızımın doğum günü “Bayer”lə oynadığımız gün idi. Sadəcə Azərbaycanda olmadığım üçün qeyd edə bilməmişdik. Nərimanla rəqs videomuza gəldikdə isə o, qabaqcadan hazırlanmış bir şey deyildi. Ad gününün gedişatında belə alındı. Çoxları videoya mənfi rəylər yazdı. Xeyli tənqid olunduq. Düşünmürəm ki, biz orda tənqid olunası nəsə eləmişdik. Bu, qızımın doğum günü idi. Orda yalnız yaxın adamlar vardı. Ailəmizin, yaxınlarımızın yanında da rahat ola bilməyəcəyiksə, harada olacağıq?”.

Qeyd edək ki, “Qarabağ” Avropa Liqasında 1/8 finalda “Bayer”ə uduzaraq mübarizəni dayandırıb.

Aytac Sahəd
İdman.biz