“Zirə” çempionluq xəyalı ilə vidalaşıb

Xəbərlər
11 Aprel 2024 09:12
944
“Zirə” çempionluq xəyalı ilə vidalaşıb

Minifutbol üzrə ölkə çempionatında 1/4 final mərhələsi başa çatıb.

İdman.biz xəbər verir ki, cavab oyunlarından sonra yarımfinalçılar müəyyənləşib.

Əsas mərhələdə keçirdiyi 15 oyunun hamısında qalib gələn “Zirə” çempionluq xəyalı ilə 1/4 finalda vidalaşıb. Qəsəbə klubunu mübarizədən kənarlaşdıran “Aznur”, həmçinin “Odlar Yurdu”, “Birbaşa Bakı” və “Real” yarımfinala adlayıblar.

1/4 final, cavab oyunları
10 aprel

“Abşeron” – “Odlar Yurdu” – 2:3
İlk oyun – 1:4

“Aznur” – “Zirə” – 4:0
İlk oyun – 2:0

“Qalalsi” – “Real” – 0:0, p. 1:3
İlk oyun – 1:1

“İnter” – “Birbaşa Bakı” – 3:5
İlk oyun – 1:4

İdman.biz