“Qalatasaray”ın futbolçusu Azərbaycan millisində əvvəlki formasını yığacağına inanır - MÜSAHİBƏ

Müsahibə
9 Aprel 2024 15:14
“Qalatasaray”ın futbolçusu Azərbaycan millisində əvvəlki formasını yığacağına inanır - MÜSAHİBƏ

“Qalatasaray”ın şərəfini qoruyan Azərbaycan millisinin futbolçusu Nazlıcan Parlakın İdman.biz saytına müsahibəsi

- Zədədən demək olar ki, qayıtmısız. Hazırda özünüzü necə hiss edirsiniz?

- Komanda olaraq çətin səfər oyunundan 1 xalla ayrıldığımız üçün çox şadıq. Bu səbəbdən çox sevincliyəm. İlk dəfədir ki, B liqasında oynayırıq və bu, yaxşı başlanğıc idi.

- Yığma ilə birlikdə ilə hazırlıqlara başlamısınız?

- Bəli, hər zamanki kimi öz komandamın yanındayam və fərdi məşqlərimi davam etdirirəm.

- Əvvəlki formanıza qayıtmaq çox vaxt alacaq?

- Əməliyyatımdan 9 həftə keçib. Təbii ki, 100 faiz hazır deyiləm, amma ən qısa zamanda əvvəlki formama qayıdacam.

- AVRO-2025-in seçim mərhələsində B Liqasında ilk turda Macarıstanla heç-heçəni necə şərh edərdiz?

- Macarlar B liqasında mübarizə aparan və demək olar ki, A liqasına çıxmaq gücündə olan komandadır. İlk oyunda səfərdə 1 xal qazanmaq start üçün yaxşı nəticə idi.

- Sizcə, qələbə də qazanmaq olardı?

- Bu, bizim ilk təcrübəmiz idi. Qarşımızda A liqasının komandaları ilə yarışan bir rəqib var idi. Yer aldığımız qrupda isə hər bir komanda daha güclüdür. Amma biz hər zaman ən yaxşı nəticələr əldə etmək üçün mübarizəmizi davam etdirəcəyik.

- Milinin növbəti matçı bu gün İsveçrə yığmasına qarşı olacaq. Görüşdən gözləntiniz nədir?

- İsveçrə qrupun ən güclüsüdür. Həmişəki kimi çıxıb döyüşəcəyik. İnanırıq ki, öz üslubumuzda oynayıb, xal qazana bilərik.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: