Azərbaycan millisindən 32 ayın rekordu

Xəbərlər
4 Aprel 2024 12:08
155
Azərbaycan millisindən 32 ayın rekordu

Azərbaycan millisi son 32 ayın rekorduna imza atıb.

İdman.biz xəbər verir ki, yığmamız FİFA reytinqində son 2 il 8 ayda ən yüksək pilləyə qalxıb.

Komandamız bu gün açıqlanan cədvəldə 1177,83 xalla dünyanın 112-cidir. Yığmamız sonuncu dəfə 2021-ci ilin avqustunda 112-ci sırada olub. Həmin ilin mayında isə millimiz daha yüksək - 110-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, komandanın bu 32 aydakı ən zəif göstəricisi 2022-ci ilin martındakı 129-cu yer olub.

Vüqar Xeyrullayev
İdman.biz

Məqalədə: