Millimiz seçmə mərhələyə məğlubiyyətlə başlayıb

Xəbərlər
3 Aprel 2024 17:58
164
Millimiz seçmə mərhələyə məğlubiyyətlə başlayıb

19 yaşadək qız futbolçulardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirib.

İdman.biz xəbər verir ki, yığmamız final mərhələsi 2025-ci ildə Litvada təşkil olunacaq Avropa çempionatının ilkin seçmə mərhələsində mübarizəyə başlayıb.

B liqasının 4-cü qrupunda çıxış edən Həbib Ağayevin yetirmələri Monteneqro ilə görüşüb. Millimiz Latviyada baş tutan matçda böyükhesablı məğlubiyyətlə üzləşib – 0:4

Qeyd edək ki, qrupun digər matçında Bolqarıstan və Latviya üz-üzə gələcək.

19 yaşadək qızlar arasında AVRO-2025-in seçmə mərhələsi
B liqası, IV qrup
I tur, 3 aprel
16:00. Monteneqro – Azərbaycan – 4:0

Katarina Kadenoviç, 19, 62, Tanya Malesiya, 23, Ana Krivokapiç, 86

İdman.biz

Məqalədə: