Türkiyədə Azərbaycan dueli sülhlə yekunlaşıb

Xəbərlər
3 Aprel 2024 17:05
167
Türkiyədə Azərbaycan dueli sülhlə yekunlaşıb

Türkiyə 1-ci liqasının 28-ci turunda Azərbaycan milli komandasının futbolçuları bir-birinə rəqib olub.

İdman.biz xəbər verir ki, Bəxtiyar Həsənəlizadənin şərəfini qoruduğu “Tuzlaspor” Coşqun Diniyevin formasını geyindiyi “Ümraniyəspor”u qəbul edib.

Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb. Həsənəlizadə ilk dəqiqələrdən matçın sonuna qədər meydanda olub. Diniyev isə 90+4-cü dəqiqədə əvəzlənib.

Qeyd edək ki, bu heç-heçədən sonra “Tuzlaspor” 28 xalla 15-ci, “Ümraniyəspor” isə 34 xalla 11-cidir.

İdman.biz

Məqalədə: