Azərbaycan Minifutbol Federasiyasının (AMF) prezidenti Orxan Məmmədov Dünya Minifutbol Federasiyasının (WMF) prezidenti Filipp Cuda ilə görüşüb.
İdman.Biz xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkə hesabında paylaşım edib.
Görüş zamanı minifutbolun inkişafı, qarşıdakı layihələr və beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.



Orxan Məmmədov bildirib ki, minifutbolun beynəlxalq arenada mövqeyinin daha da gücləndirilməsi istiqamətində əməkdaşlıq davam etdiriləcək.
