Bakı İqlim Həftəsi (Baku Climate Action Week 2026) çərçivəsində “Neftçi” Futbol Klubunun U-16 komandasının üzvləri üçün iqlim fəaliyyəti, ətraf mühitin qorunması və dayanıqlı futbol mövzusunda maarifləndirici seminar keçirilib.
İdman.Biz xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, “Palms Sports” Futbol Mərkəzində təşkil olunan tədbirdə iqlim dəyişikliyi və futbol, futbolun ətraf mühitə təsiri, gənc idmançılar üçün dayanıqlı həyat tərzi, su və enerjidən səmərəli istifadə, plastik və tullantıların azaldılması və təkrar emalı, futbol səfərlərində ekoloji məsuliyyət, eləcə də akademiyada dayanıqlı futbol mühitinin formalaşdırılması kimi mövzular müzakirə olunub.
Tədbirin əsas məqsədi gənc futbolçuların iqlim dəyişikliyi və dayanıqlılıq məsələləri üzrə maarifləndirilməsi, gündəlik həyatlarında və futbol fəaliyyətlərində tətbiq edə biləcəkləri ekoloji davranışların təşviq edilməsi olub.
