2 milyonluq azərbaycanlı futbolçu Kvaratsxeliya ilə eyni “15-lik”də

Xəbərlər
3 Aprel 2024 11:28
3 362
2 milyonluq azərbaycanlı futbolçu Kvaratsxeliya ilə eyni “15-lik”də

Postsovet məkanı ölkələrinin ən bahalı futbolçuları açıqlanıb.

İdman.biz xəbər verir ki, cədvəldə keçmiş SSRİ-nin dağılmasından sonra müstəqilik əldə edən 15 ölkənin ən yüksək transfer dəyərinə malik bir oyunçusu yer alıb.

Siyahıya Xviça Kvaratsxeliya başçılıq edir. “Napoli”də forma geyinən Gürcüstan millisinin hücumçusunun dəyəri 80 milyona avrodur.

Rekordçularının qiymətinə görə Ukrayna ikinci, Rusiya üçüncüdür. “Arsenal”da forma geyinən Aleksandr Zinçenko 42, “Monako”nun futbolçusu Aleksandr Qolovin 30 milyon avro ilə qiymətləndirilir.

Azərbaycanın ən bahalı futbolçusu Renat Dadaşovdur. “Hatayspor”da çıxış edən forvardın dəyəri 2 milyon avrodur. O, Litva, Estoniya və Belarus rekordçuları ilə birlikdə “15-lik”də 8-11-ci yerləri bölüşür.

Qeyd edək ki, yalnız iki postsovet ölkəsində - Qırğızıstan və Türkmənistanda ən bahalı oyunçunun qiyməti 1 milyon avrodan aşağıdır.

İdman.biz

Məqalədə: