Azərbaycan çempionu: “Qarabağ” Rusiyada çempionluq uğrunda mübarizə apara bilər”

Xəbərlər
1 Aprel 2024 13:21
231
Azərbaycan çempionu: “Qarabağ” Rusiyada çempionluq uğrunda mübarizə apara bilər”

“Biz Rusiya çempionatında oynasaydıq, çempionluq uğrunda mübarizə apara bilərdik”.

İdman.biz xəbər verir ki, bunu “Qarabağ”ın kapitanı Maksim Medvedev deyib.

Təcrübəli müdafiəçi bunu Rusiya futbolunun enişdə olması ilə izah edib: “Çünki hazırda Rusiyada komandalar yalnız bir-biri ilə qarşılaşır. Avropa miqyaslı oyunlar olmasa, səviyyə yalnız düşəcək. Bizim nəticələrə baxdıqda isə çoxları razılaşar ki, “Qarabağ” çempionluq üçün “vuruşa” da bilər”.

Qeyd edək ki, Ağdam klubu Azərbaycan Premyer Liqasında mövsümün sonuna 8 tur qalmış çempionluğu təmin edib.

İdman.biz