Nikita Xaykinin zədəsi Norveçdə məyusluq yaratdı

11 Sentyabr 2026 23:58
50
Nikita Xaykinin zədəsi Norveçdə məyusluq yaratdı

Norveçli məşhur jurnalist Yan Petter Salvedt Çempionlar Liqasının ümumi mərhələsinin birinci turunda “Bavariya” ilə oyunda (0:5) zədələnən “Budo-Qlimt”in qapıçısı Nikita Xaykin barədə danışıb.

İdman.Biz xəbər verir ki, o, Xaykinin qarşılaşmada yaxşı çıxış etdiyini və zədəsinin komanda üçün ciddi itki olduğunu bildirib.

“Nikita Xaykinin “Bavariya” ilə matçda zədələndiyini görəndə hamımız çox məyus olduq. O, həmin ana qədər matçda əla oynayırdı və həqiqətən də “Budo-Qlimt”i oyunda saxlayırdı.

Heç kim onu əvəzləndiyinə görə qınaya bilməz. Lakin hamını maraqlandırır ki, Xaykin matçın sonuna qədər nə edə bilərdi. Baxmayaraq ki, dünyadakı heç bir qapıçı “Bavariya”nın vurduğu qolların əksəriyyətinin qarşısını ala bilməzdi.

İndi hamı ümid edir ki, qasıq nahiyəsindəki zədə ciddi deyil və Nikita Çempionlar Liqasının növbəti matçına qədər qayıda biləcək. O, hazırda “Budo-Qlimt”də mühüm rol oynayır”, – deyə Salvedt deyib.

Qeyd edək ki, Xaykin meydandan çıxandan sonra komandasınn qapısına beş qol vurulub.

İdman.Biz