Azərbaycanlı hakimlərə təyinat

Xəbərlər
1 Aprel 2024 11:42
133
Azərbaycanlı hakimlərə təyinat

Azərbaycanlı hakim Fəridə Lütfəliyeva beynəlxalq təyinat alıb.

İdman.biz xəbər verir ki, təmsilçimiz qadın futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin Monteneqro – Andorra oyununun baş hakimi olacaq.

C liqasının 3-cü qrupunun matçı aprelin 5-də keçiriləcək. Ona digər hakimlərimiz Sevda Nuriyeva və Gülnurə Əkbərzadə kömək edəcəklər.

Qeyd edək ki, Monteneqronun Podqoritsa şəhərindəki “Qradski Podqoritsa” stadionunda keçiriləcək matç saat 18:30-da başlayacaq.

İdman.biz

Məqalədə: