Şahin Diniyev: “1 xal bizim üçün qızıla bərabərdir”

Xəbərlər
30 Mart 2024 19:09
164
Şahin Diniyev: “1 xal bizim üçün qızıla bərabərdir”

“Heç bir komanda kompromisə getmək istəmirdi”.

İdman.biz xəbər verir ki, bunu “Səbail”in baş məşqçisi Şahin Diniyev deyib.

Təcrübəli mütəxəssis Azərbaycan Premyer Liqasının XXVIII turunda “Turan Tovuz”la (1:1) heç-heçəni şərh edib.

Diniyev nəticəni ədalətli sayıb: "Maraqlı oyun izlədik. Nəticəni ədalətli hesab edirəm. Hər iki komanda məğlub ola da bilərdi, qələbə qazana da bilərdi. "Turan Tovuz" inkişaf edən komandadır. Rəqibin yaxşı hücum xətti var. Daha sürətli oynamağa çalışırlar. Bizim üçün çətin idi, müdafiədə səhvlərimiz oldu. Oyun dinamik keçdi. 6 xallıq oyun idi. Qazanılan 1 xal bizim üçün qızıla bərabərdir, çempionatımın sonunda bizə kömək edəcək".
Qeyd edək ki, “Səbail” 38 xalla 6-cı pillədə qərarlaşıb.

İdman.biz