Emil Mustafayev: “Yığmada debütdə pis təsir bağışlamadım”

Xəbərlər
30 Mart 2024 15:50
482
Emil Mustafayev: “Yığmada debütdə pis təsir bağışlamadım”

“Monqolustana 1:0 hesabı ilə qalib gəldiyimiz oyun çox maraqlı oldu”.

İdman.biz xəbər verir ki, bunu Ukrayna mətbuatına müsahibəsində Azərbaycan millisinin futbolçusu Emil Mustafayev deyib.

Yığmanın 22 yaşlı oyunçusu debütünü dəyərləndirib. O bildirib ki, inkişaf etməlidir: “Bütün oyunboyu Monqolustana təzyiq göstərdik. Şanslar oldu, amma istifadə edə bilmədik. Son dəqiqələrdə qol vura bildik. İkinci oyun bolqarlarla oldu, komanda onsuz da daha peşəkar, daha yaxşı idi. Onlarla oynamaq monqollarla oynamaqdan daha çətin alındı. Düşünürəm ki, Azərbaycan millisində ilk oyunlarımda pis təsir bağışlamadım. Hələ böyümək üçün vaxt var".

Qeyd edək ki, Emil “FİFA Series - 2024” çərçivəsində Monqolustanla (1:0) matçda 31, Bolqarıstanla (1:1) görüşdə 28 dəqiqə meydanda olub.

İdman.biz

Məqalədə: