Andrey Lunyovun Azərbaycanla bağlı gileyi: “Kədərli mənzərədir”

Xəbərlər
29 Mart 2024 11:49
Andrey Lunyovun Azərbaycanla bağlı gileyi: “Kədərli mənzərədir”

“Çox az bənzərlik var. Azərbaycan Premyer Liqasında cəmi 10 komanda var və əsas fərq burdan başlayır. Bundan başqa, yarıboş tribunları da qeyd etmək olar”.

İdman.biz xəbər verir ki, bunu “Qarabağ”ın qapıçısı Andrey Lunyov Rusiya mətbuatına müsahibəsində deyib.

Təcrübəli qolkiper Azərbaycan və Rusiya çempionatlarını müqayisə edib. Lunyov Premyer Liqamızda azarkeş azlığından gileylənib: “Bu məsələdə Rusiyanın daha öndədir. Voronejdə tribunalar doludur, Krasnodarda da azarkeşlər çoxdur. “Zenit”in tribunaları əvvəlki kimi olmasa da, demək olar ki, dolur. Azərbaycanda stadionların tutumu təxminən 10-15 min təşkil edir, ancaq azarkeş sayı 2-3 mini keçmir. Kədərli mənzərədir”.

Qeyd edək ki, Lunyov ötən ilin avqustunda “Qarabağ”a keçib. Rusiyalı qapıçının müqaviləsi yayda bitəcək.

İdman.biz