Mate Kvirkviya: “Gürcüstanın qələbəsini sözlə ifadə etmək çox çətindir”

Xəbərlər
27 Mart 2024 15:57
486
Mate Kvirkviya: “Gürcüstanın qələbəsini sözlə ifadə etmək çox çətindir”

“Tarixi bir gün yaşadıq”.

Bunu İdman.bizə “Kəpəz”in gürcüstanlı futbolçusu Mate Kvirkviya deyib.

O, Gürcüstan millisinin tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə yüksəlməsini sevinclə qarşıladığını deyib. 28 yaşlı yarımmüdafiəçi həmyerlilərinin Yunanıstana qalib gələrək AVRO-2024-ə vəsiqə qazanmaqlarını heyrətamiz adlandırıb: “Millimiz birlikdə oldu. Bütün Gürcüstan çoxdandır ki, gözlədiyimiz bu tarixi qələbəni gecəboyu qeyd etdi. Bu duyğunu sözlə ifadə etmək çox çətindir. Sadəcə, qarşıya qoyulan məqsədə çatmaq üçün vaxt lazım idi. Bu müddət ərzində əvvəlki nəsil və indiki nəsil öz səylərini azaltmadı, zəhmət və fədakarlığımız bizi bugünkü vəziyyətə gətirdi”.

Qeyd edək ki, AVRO-2024 iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: