Messinin şərəfinə Argentinada 30 metrlik forma açıldı - FOTO

5 Oktyabr 2026 21:49
101
Messinin şərəfinə Argentinada 30 metrlik forma açıldı

Argentinanın Rosario şəhərində Lionel Messiyə həsr olunmuş 30 metrlik nəhəng forma açılıb.

İdman.Biz xəbər verir ki, milli komandanın Beninlə oyunu ərəfəsində şəhər meydanlarından birində Argentina yığmasının nəhəng forması nümayiş etdirilib.

Formanın üzərində Messinin milli komandada geyindiyi məşhur 10 nömrə və “Təşəkkür edirik” sözləri yer alıb.

Aksiya Argentinanın oktyabrın 6-dan 7-sinə keçən gecə Beninlə keçirəcəyi qarşılaşmaya hazırlıq çərçivəsində təşkil olunub. Bu matçın Messinin milli komandadakı son oyunu olacağı gözlənilir.

İdman.Biz