“Bukovina”nın baş məşqçisi Renat Dadaşovun transfer səbəbini açıqladı

5 Oktyabr 2026 22:09
101
“Bukovina”nın baş məşqçisi Renat Dadaşovun transfer səbəbini açıqladı

“Bukovina”nın baş məşqçisi Sergey Şişenko Azərbaycan millisinin fitbolçusu Renat Dadaşovun transfer edilməsinin səbəbini açıqlayıb.

İdman.Biz xəbər verir ki, ukraynalı mütəxəssis transfer pəncərəsi zamanı məqsədyönlü şəkildə mərkəz hücumçusu axtardıqlarını bildirib. Onun sözlərinə görə, klub seçimlərini müqavilə imzalanmazdan əvvəl də izlədikləri Dadaşovun üzərində saxlayıb.

“Bu, təmiz forvarddır, təmiz “doqquzluq”dur, yaxşı oyun səviyyəsinə və meydanda nə etdiyini yaxşı anlayan futbolçudur. Görünürdü ki, o, mənim tələblərimə asanlıqla uyğunlaşacaq. O, Azərbaycan millisində oynayıb, Almaniya və Türkiyədə çıxış edib, özü də yaxşı səviyyədə”, – deyə Şişenko “sport.rbc.ua”ya bildirib.

Baş məşqçinin sözlərinə görə, Azərbaycan hücumçusunun təcrübəsi “Bukovina”ya kömək etməlidir. Bununla belə, Dadaşov hələ optimal fiziki formasını bərpa etməli və yeni komandasının oyun tələblərinə tam uyğunlaşmalıdır.

Şişenko futbolçunun transferdən əvvəl də komandanın oyununu öyrəndiyini vurğulayıb:

“O, bizim matçlarımıza baxıb, necə oynadığımızı izləyib. Artıq ilk məşqlərdən görünürdü ki, o, futbol meydanında nə etmək lazım olduğunu anlayır. Biz onunla söhbət etdik və mən gördüm ki, o, mənim tələblərimi yaxşı başa düşür”, – deyə məşqçi əlavə edib.

İdman.Biz