“Bavariya”nın sabiq futbolçusu Lotar Matteus Almaniya millisinin keçmiş və hazırkı baş məşqçiləri Yurgen Klopp və Yulian Naqelsman arasındakı fərqi açıqlayıb.
İdman.Biz “Bild”ə istinadən xəbər verir ki, Matteus iki mütəxəssisin futbolçularla münasibətinin fərqli olduğunu bildirib.
“İki milli komanda məşqçisi arasındakı ən böyük fərq odur ki, Klopp insanların rəğbətini qazanır, Naqelsman isə onları uzaqlaşdırır. Bu, xüsusilə milli komandanın oyunçuları ilə münasibətdə nəzərə çarpırdı. Klopp həmişə futbolçularının arxasında durduğu üçün onların etibarını qazanır. Naqelsman isə oyundan sonra komandasını tənqid etmək tərzi ilə bir çox oyunçusunu itirdi.
Klopp mimikaları ilə oynayır, gülür və ya bəzən qəmgin görünür. Bunlar insanların başa düşdüyü emosiyalardır. Naqelsman isə suallara həmişə neytral reaksiya göstərirdi. Elə bil bu, ona o qədər də maraqlı deyildi”, – deyə Matteus vurğulayıb.
Qeyd edək ki, Kloppun rəhbərliyi altında Almaniya millisi dörd oyun oynayıb. Millətlər Liqasında keçirilən görüşlərin birində Almaniya qələbə, birində məğlubiyyət və ikisində isə heç-heçə edib.
