“Bavariya” əsas ulduzu ilə müqaviləni uzatmağa yaxındır

5 Oktyabr 2026 22:39
111
“Bavariya” əsas ulduzu ilə müqaviləni uzatmağa yaxındır

“Bavariya” futbol klubu İngiltərə millisinin hücumçusu Harri Keynlə yeni müqavilə imzalamağa yaxındır.

İdman.Biz “Sky Germany”yə istinadən xəbər verir ki, Münhen klubu ilə 33 yaşlı futbolçu arasındakı danışıqlar son mərhələyə qədəm qoyub. Tərəflərin razılaşmanı rəsmiləşdirmək üçün yalnız son detalları dəqiqləşdirməsi qalır.

İngiltərə millisinin kapitanı ilə yeni müqavilənin 2029-cu ilə qədər qüvvədə olacağı gözlənilir.

Keynin hazırkı sözləşməsinin son ili başlayıb. “Bavariya” rəhbərliyi, o cümlədən “Barselona”nın futbolçuya marağı fonunda, forvardın gələcəyi ilə bağlı məsələyə mümkün qədər tez aydınlıq gətirməyə çalışıb.

Qeyd edək ki, Keyn oktyabrın 26-da təqdim olunacaq “Qızıl top” mükafatının əsas namizədləri sırasında yer alır.

İdman.Biz