Portuqaliya millisindəki qalmaqaldan sonra “Əl-Nəsr”ə qayıdan futbolçu Kriştianu Ronaldu klubun düşərgəsində çəkdirdiyi fotosu paylaşılıb.
İdman.Biz xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu 41 yaşlı hücumçunun şəklini yayımlayaraq onu bu sözlərlə təqdim edib:
“Bütün zamanların ən yaxşı oyunçusu. Nedjdin qəlbində. “Əl-Nəsr”də”.
Xatırladaq ki, Ronaldu baş məşqçi Jorje Jezuşla yaşadığı fikir ayrılığı səbəbindən Portuqaliya millisinin düşərgəsini vaxtından əvvəl tərk edib.
Hələlik futbolçunun bu hadisədən sonra milli karyerasını başa vurub-vurmayacağı rəsmi açıqlanmayıb. Onun “Əl-Nəsr”lə müqaviləsi 2026/27 mövsümünün sonuna qədər qüvvədədir.
