“Qarabağ”ın qapıçısından şikayət: "Azarkeş baxımından sıxıcıdır"

Xəbərlər
26 Mart 2024 19:49
500
“Qarabağ”ın qapıçısından şikayət: "Azarkeş baxımından sıxıcıdır"

“Qarabağ”ın qapıçısı Andrey Lunyov Azərbaycan çempionatının səviyyəsi barədə danışıb.

İdman.biz xəbər verir ki, Rusiya mətbuatına müsahibə verən qolkiper azarkeşlərin stadionlara az gəldiyini deyib.

Lunyov komandaya keçərkən çempionatda asan rəqib olmadığını bildirib: “Azərbaycan Premyer Liqasında 10 komanda 4 dövrədə yarışır. Düzünü desəm, yaxşı təəccübləndim. Çünki “Qarabağ”a keçəndə bəzi futbolçular Avropa kubokları zamanı zövq alacağımı, amma sonradan darıxdırıcı olacağını demişdilər. Oyun baxımından matçlar heç də asan keçmir. Düzdür, azarkeş baxımından sıxıcıdır. Stadiona çox az tamaşaçı gəlir. Sanki rəsmi deyil, yoldaşlıq matçında oynadığnı hiss edirsən. Əvvəl çıxış etdiyim başqa komandalarla müqayisədə vəziyyət belədir”.

Qeyd edək ki, Lunyov bütün turnirlərdə meydana çıxdığı 25 matçda 32 top buraxıb. O, çempionatın son 8 qarşılaşmasında qapısını toxunulmaz saxlayıb.

İdman.biz