Yığmamızdan ardıcıl ikinci böyükhesablı məğlubiyyət - VİDEO

Xəbərlər
26 Mart 2024 17:52
777
Yığmamızdan ardıcıl ikinci böyükhesablı məğlubiyyət - VİDEO

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirib.

İdman.biz xəbər verir ki, yığmamız AVRO-2025-in seçmə mərhələsində Ukrayna ilə görüşüb.

F qrupunda sonuncu pillədə qərarlaşan Samir Əliyevin yetirmələri liderlə görüşdə də aciz qalıb. Keçirdiyi bütün matçlarda qələbə qazanan rəqib Bakıda da qalib gəlib.

“Azərsun Arena”dakı matçın ilk 45 dəqiqəsində iki qol vuran Ukrayna millisi fasilədən sonra hesabı artırıb. Dörd gün əvvəl İngiltərəyə (1:5) uduzan millimiz ardıcıl ikinci böyükhesablı məğlubiyyətini alıb – 0:3.

Qeyd edək ki, qrupumuzda baş tutacaq digər iki oyunda Serbiya Şimali İrlandiyanı, İngiltərə Lüksemburqu qəbul edəcək. Bu qarşılaşmalar Bakı vaxtı ilə müvafiq olaraq 21:00 və 23:00-da başlayacaq.

AVRO-2025-in seçmə mərhələsi

F qrupu
26 mart
16:00. Azərbaycan – Ukrayna - 0:3
Qollar:
Oleksandr Yatsuk, 25, Oleh Oçeretko, 40, Valentin Rubçinski, 56
Azərbaycan: 22. Amin Ramazanov, 19. Qurban Səfərov, 13. Seymur Məmmədov, 4. Cəlal Hüseynov, 15. Süleyman Damadayev, 20. Rüfət Əhmədov, 17. Murad Vəliyev, 8. Emil Səfərov, 6. Zeynəddin Abdurahmanov, 7. Camal Cəfərov, 9. Nəriman Axundzadə
Ehtiyat oyunçular: 1. Rüstəm Samiqullin, 2. Abdulla Rzayev, 3. Rüfət Abbasov, 5. Nəriman Həsənzadə, 14. Ayxan Süleymanlı, 16. Xəyal Əliyev, 18. Ağadadaş Salyanski, 21. İbrahim Ramazanov, 23. Ramin Nəsirli
Baş məşqçi: Samir Əliyev
Ukrayna: 1.Ruslan Neşçeret, 4. İlya Krupski, 13. Volodimir Salyuk, 16. Arsenii Batahov, 15. Artyom Smolyakov, 18. Oleksandr Yatsk, 22. Valentin Rubçinski, 8. Oleh Oçeretko, 21. Maksim Braharu, 20. İhor Krasnopir, 10. Nazar Voloşin
Ehtiyat oyunçular: 12.Yakev Kinareikin, 2. Kostiantin Vivçarenko, 5. Vitalii Roman, 6. Boris Kruşinski, 9. Yevgen Pavlyuk, 11. İvan Varfolomeyev, 14. İlya Kvastnitsya, 17. İhor Horbaç, 19. Maksim Klan
Baş məşqçi: Unai Melqosa
Baş hakim: Dario Bel (Xorvatiya)
Bakı. "Azərsun Arena"

1

Ukrayna

6

6

0

0

15-2

18

2

İngiltərə

6

5

0

1

24-4

15

3

Serbiya

6

3

1

2

8-14

10

4

Lüksemburq

7

1

1

5

4-16

4

5

Ş.İrlandiya

5

1

0

4

2-7

3

6

Azərbaycan

6

1

0

5

3-13

3

İdman.biz

Məqalədə: