Messidən sonra Skalonidən də ayrılıq siqnalı

9 Sentyabr 2026 23:44
101
Messidən sonra Skalonidən də ayrılıq siqnalı

Lionel Skaloni Argentina millisinin baş məşqçisi postundan ayrılmağı düşünür.

İdman.Biz xəbər verir ki, bu barədə jurnalist Veronika Brunati məlumat yayıb.

Onun sözlərinə görə, 48 yaşlı mütəxəssis Argentina Futbol Assosiasiyasının prezidentinə güclü yorğunluq hiss etdiyini bildirib.

Federasiya prezidenti isə Skaloninin komandada qalmasını istəyir və onu fəaliyyətini davam etdirməyə inandırmağa çalışır. Məşqçinin hazırkı müqaviləsi 2026-cı ilin sonuna qədər qüvvədədir.

Skaloni 2018-ci ilin avqustundan Argentina millisinə rəhbərlik edir. Onun başçılığı altında komanda 2022-ci ildə dünya çempionu olub, 2021 və 2024-cü illərdə Amerika Kubokunu, 2022-ci ildə isə Finalissimanı qazanıb.

Qeyd edək ki, daha əvvəl Lionel Messi Argentina millisindəki karyerasını başa vurduğunu açıqlayıb.

İdman.Biz