Flik darmadağını şərh etdi: “Daha yaxşı ola bilərik”

9 Sentyabr 2026 23:58
86
Flik darmadağını şərh etdi: “Daha yaxşı ola bilərik”

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik Çempionlar Liqasının ümumi mərhələsinin birinci turunda “Feyenoord” üzərində 5:1 hesablı qələbəni şərh edib.

İdman.Biz xəbər verir ki, almaniyalı mütəxəssis Rafinya və Lamin Yamalın çıxışını xüsusi qeyd edib:

“Rafinya və Yamalı belə formada görmək çox xoşdur. Komandada yaxşı ab-hava var. Hər ikisinə görə çox şadam. Rafinya yaxşı kapitanıdır. Laminə bu gün bu qol lazım idi, o, yaxşı matç keçirdi”.

Flik böyükhesablı qələbəyə baxmayaraq, komandanın daha da inkişaf edə biləcəyini vurğulayıb:

“Komanda yaxşı və çox çalışır. Topla oynayarkən keyfiyyətimiz çoxdur və mən çox razıyam. Lakin biz daha yaxşı ola bilərik və məhz buna çalışmalıyıq. Məşqlərdə yüksək intensivlik və maksimum tələbkarlıq lazımdır”.

Qeyd edək ki, “Barselona” Çempionlar Liqasının ümumi mərhələsində Bakının “Sabah” klubunun rəqibidir. Komandalar noyabrın 25-də Bakıda qarşılaşacaqlar.

İdman.Biz