Kafu villasını satır – borca görə

Xəbərlər
24 Mart 2024 14:49
1 510
Kafu villasını satır – borca görə

Braziliya yığması və “Milan”ın müdafiəçisi Kafi San-Paulu ştatındakı villasını satacaq.

İdman.biz xəbər verir ki, buna səbəb veteran futbolçunun borclu olmasıdır.

Yayılan məlumatlara görə, Kafu villasını 7,4 milyon avroya satmağı planlaşdırır. Əgər satıcı tapılmasa, daşınmaz əmlakın dəyəri 2 dəfə ucuzlaşa bilər. 4 mərtəbəli villanın sahəsi 2,5 min kvadrat metrdir. Orada 4 lüks nömrə, futbol meydanı, kinozal, mükafatlar otağı və sauna var.

Qeyd edək ki, Kafunun 1,8 milyon avro borcu olduğu xəbərləri yayılıb.

İdman.biz