Asiyalılarla 45-ci duel: 18 rəqiblə 18 qələbə

Xəbərlər
22 Mart 2024 15:45
467
Asiyalılarla 45-ci duel: 18 rəqiblə 18 qələbə

Bu gün Monqolustanla üz-üzə gələcək Azərbaycan millisi tarixində 45-ci dəfə Asiya təmsilçisi ilə üz-üzə gələcək.

İdman.biz xəbər verir ki, yığmamız Asiya Futbol Konfederasiyasına üzv olan ölkələrlə indiyədək 44 dəfə qarşılaşıb.

18 fərqli rəqiblə görüşən komandamız bu duellərdə üstündür. Millimiz 18 qələbə qazanıb və 14 heç-heçə edib.

Asiyalıların hesabında 12 qələbə var. Yığmamız top fərqində də öndədir - 60-49.

Qeyd edək ki, asiyalılarla son duel 2023-cü il sentyabrın 12-də baş tutub. Millimiz həmin gün İordaniyanı 2:1 hesabı ilə məğlub edib.

Vüqar Xeyrullayev
İdman.biz

Məqalədə: