Şahin Diniyev: “Millimizə inanıram”

Xəbərlər
22 Mart 2024 14:08
462
Şahin Diniyev: “Millimizə inanıram”

“Millimizin yaxşı heyəti var. Monqolustan yığmasını kimlərsə zəif saysa da, rəqibə hörmətlə yanaşmaq lazımdır”.

Bunu İdman.bizə “Səbail”in baş məşqçisi Şahin Diniyev deyib.

Millinin sabiq baş məşqçisi ilk dəfə Bakıda təşkil olunacaq "FİFA series - Edition 2024" layihəsi çərçivəsində keçiriləcək Azərbaycan - Monqolustan oyununu dəyərləndirib. Diniyev bildirib ki, yığma bu oyunda yaxşı nəticə qazanmalıdır: “Matçın dinamik və maraqlı keçəcəyini düşünürəm. Həmçinin, bu layihə ilk dəfədir ki, bizim ölkəmizdə baş tutur. Bu səbəbdən millimizə inanıram”.

Qeyd edək ki, Azərbaycan - Monqolustan matçı bu gün saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: