33-cü start - TƏHLİL

Təhlil
22 Mart 2024 11:44
403
33-cü start - TƏHLİL

Azərbaycan millisi bu gün Monqolustanla qarşılaşacaq.

İdman.biz xəbər verir ki, Bakıda keçiriləcək görüş yığmamızın 2024-cü ildə ilk matçı olacaq.

Bununla da komandamız özünün 33-cü ilinə başlayacaq. İlk rəsmi matçını 1992-ci il sentyabrın 17-də keçirən komandamız bunadək 32 təqvim ilində beynəlxalq səviyyəli qarşılaşmalara çıxıb.

Millimizin start oyunlarının statistikasına nəzər salsaq, komandamız əvvəlki 32 ildən yalnız 6-na qələbə ilə başlayıb. Son uğurlu start 2017-ci ilə təsadüf edib. Həmin vaxt millimiz Qətər (2:1) üzərində qələbəyə sevinib.

İlin ilk sınaqlarında 10 dəfə bərabərlik qeydə alınıb. 2018-ci ildə Moldova ilə Antalyadakı qolsuz sülh sonuncu belə nəticə olub.

Yığma ilk görüşlərdən 16-da uduzub. Həmin yenilgilərin 7-də böyük hesab qeydə alınıb.

Son 5 ilə isə komandamız məğlubiyyətlə başlayır. 2019-cu ildən "qara zolağ"a düşən milli Monqolustanla görüşdə bu uğursuz ənənəyə son qoymalıdır.

17 sentyabr 1992. Gürcaani. YO. Gürcüstan – Azərbaycan - 6:3
25 may 1993. Gəncə. YO. Azərbaycan – Gürcüstan - 1:0
19 aprel 1994. Ta Qali. YO. Malta – Azərbaycan - 5:0
29 mart 1995. Koşitse. AÇ. Slovakiya – Azərbaycan - 4:1
15 fevral 1996. Larnaka. YO. Estoniya – Azərbaycan - 0:0
1 mart 1997. Larnaka. YO. Azərbaycan – Estoniya - 0:2
22 mart 1998. Bakı. YO. Azərbaycan – Moldova - 1:0
6 mart 1999. Larnaka. YO. Azərbaycan – Estoniya - 2:2
6 fevral 2000. Ta`Qali. BT. Malta – Azərbaycan - 3:0
15 fevral 2001. Albena. YO. Özbəkistan – Azərbaycan - 2:1
20 fevral 2002. Sofiya. YO. Bolqarıstan – Azərbaycan - 3:0
12 fevral 2003. Podqoritsa. AÇ. Serbiya və Monteneqro – Azərbaycan - 2:2
18 fevral 2004. Ramat – Qann. YO. İsrail – Azərbaycan - 6:0
21 yanvar 2005. Port-of-Speyn. YO. Trinidad və Tobaqo – Azərbaycan - 1:0
28 fevral 2006. Bakı. YO. Azərbaycan – Ukrayna - 0:0
7 fevral 2007. Karşi. YO. Özbəkistan – Azərbaycan - 0:0
3 fevral 2008. Antalya. YO. Azərbaycan – Qazaxıstan - 0:0
1 fevral 2009. Dubay. YO. Azərbaycan - Özbəkistan - 1:1
25 fevral 2010. Əmman. YO. İordaniya - Azərbaycan - 0:2
9 fevral 2011. Dubay. YO. Azərbaycan – Macarıstan - 0:2
24 fevral 2012. Dubay. YO. Azərbaycan – Sinqapur - 2:2
1 fevral 2013. Dubay. YO. Azərbaycan – Özbəkistan - 0:0
5 mart 2014. Dubay. YO. Azərbaycan – Filippin - 1:0
28 mart 2015. Bakl. AÇ. Azərbaycan – Malta - 2:0
26 mart 2016. Antalya (Türkiyə). YO. Azərbaycan – Qazaxıstan - 0:1
9 mart 2017. Doha. YO. Qətər – Azərbaycan – 1:2
30 yanvar 2018. Antalya (Türkiyə). YO. Azərbaycan - Moldova - 0:0
21 mart 2019. Zaqreb. AÇ. Xorvatiya - Azərbaycan – 2:1
5 sentyabr 2020. Bakı. ML-C. Azərbaycan – Lüksemburq – 1:2
24 mart 2021. Turin (İtaliya). DÇSO. Portuqaliya - Azərbaycan -1:0
25 mart 2022. Ta-Qali. YO. Malta - Azərbaycan - 1:0
24 mart 2023. Lints. AÇ. Avstriya - Azərbaycan - 4:1

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Monqolustan matçı saat 20:00-da başlayacaq.

Vüqar Xeyrullayev
İdman.biz

Məqalədə: