Millidə 18-ci - Əsədov

Xəbərlər
21 Mart 2024 17:22
138
Millidə 18-ci - Əsədov

Azərbaycan – Monqolustan qarşılaşması Arif Əsədovun millimizin baş məşqçisi postunda debütü olacaq.

İdman.biz xəbər verir ki, bu vəzifəni müvəqqəti icra edən mütəxəssis yığmanın tarixinə 18-ci məşqçi kimi düşəcək.

İndiyədək komandanı 17 mütəxəssis meydana çıxarıb. Onlardan ikisi – Nazim Süleymanovla Mahmud Qurbanov da Əsədov kimi baş məşqçisiz qalan milliyə müvəqqəti rəhbərlik edib. Bunlardan başqa, Qyoko Hacıyevski də qısamüddətli anlaşma ilə bu vəzifəni tutub. Bir görüşdə isə Kazbek Tuayev və Ağasəlim Mircavadovun rəhbərlik etdiyi məşqçilər korpusu bu vəzifəni icra edib.

17 mütəxəssisdən 11-i yerli, 6-sı legioner olub. Əsədov 12-ci yerli məşqçi kimi tarixə düşəcək.

Qeyd edək ki, Azərbaycan – Monqolustan matçı martın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Vüqar Xeyrullayev
İdman.biz

Məqalədə: