Salahdan qeyri-adi rekord

Xəbərlər
18 Mart 2024 08:57
169
Salahdan qeyri-adi rekord

Məhəmməd Salah qeyri-adi göstəriciyə imza atıb.

İdman.biz xəbər verir ki, misirli hücumçu “Mançester Yunayted”lə ardıcıl 5 oyunda qol vuran ilk futbolçu kimi tarixə düşüb.

“Liverpul”un forvardı İngiltərə kubokunun 1/4 final matçında fərqlənib. Bu görüşdə onun komandası 3:4 hesabı ilə uduzub. Salah mançesterlilərlə matçlardakı qollu oyunlar seriyasını 5-ə çatdırıb.

Qeyd edək ki, Salah cari mövsümün 22 matçında 15 qol və 9 assistə imza atıb.

İdman.biz