Dembele: “Fabyan Ruis hələ layiqli qiymətini almayıb”

12 Sentyabr 2026 13:28
76
Dembele: “Fabyan Ruis hələ layiqli qiymətini almayıb”

Fransanın PSJ futbol klubunun hücumçusu Usman Dembele komanda yoldaşı ispaniyalı yarımmüdafiəçi Fabyan Ruisin komanda üçün əhəmiyyətini vurğulayıb.

İdman.Biz bu barədə “The Athletic”ə istinadən məlumat yayıb.

“O, İnanılmaz futbolçudur. Ruis sənin komandanda oynayırsa, bütün titulları qazanırsan. O, xüsusidir. Çox sakit futbolçudur və oyunların tempini müəyyənləşdirir. O, hələlik layiq olduğu qiyməti almayıb”, - deyə Dembele müsahibəsində bildirib.

30 yaşlı Ruis cari mövsümdə bütün turnirlər nəzərə alınmaqla altı oyunda iştirak edib. O, bir qol vurub və iki məhsuldar ötürmə ilə yadda qalıb.

PSJ Fransa çempionatında üç turdan sonra cəmi iki xal toplayaraq turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

İdman.Biz