Dani Alves müvəqqəti azadlığa çıxa bilər

Xəbərlər
16 Mart 2024 16:49
191
Dani Alves müvəqqəti azadlığa çıxa bilər

Braziliya millisinin və “Barselona”nın sabiq futbolçusu, hazırda İspaniyada həbsdə olan Dani Alves müvəqqəti azadlığa çıxa bilər.

İdman.biz xəbər verir ki, bu, onun apelyasiya şikayəti qəbul olunacağı halda baş verəcək.

Müraciətə martın 19-da baxılacaq. Bu, müvəqqəti azadlığa çıxmaqla bağlı 40 yaşlı veteran futbolçunun 4-cü cəhdidir.

Qeyd edək ki, fevralın 22-də Barselona məhkəməsi 2022-ci ildəki təcavüzə görə Alvesi 4,5 il müddətinə azadlıqdan məhrum edib.

İdman.biz

Məqalədə: