“Sumqayıt”ın 3 legioneri müxtəlif millilərdə

Xəbərlər
14 Mart 2024 14:17
181
“Sumqayıt”ın 3 legioneri müxtəlif millilərdə

“Sumqayıt”ın 3 futbolçusu ölkələrinin milli komandalarına çağırılıb.

İdman.biz xəbər verir ki, müdafiəçi İsa Suliman dünya çempionatının Asiya zonası üzrə 2-ci təsnifat mərhələsi çərçivəsində 21 və 26 mart tarixlərində İordaniya ilə qarşılaşacaq Pakistan millisinə dəvət olunub.

Hücumçu Kasimir Ninqa Afrika Millətlər Kubokunun təsnifat mərhələsi çərçivəsində martın 22-də və 26-da müvafiq olaraq evdə və səfərdə Mavritaniya ilə qarşılaşacaq Çad millisinin, yarımmüdafiəçi Tresor Mossi isə ayın 22-də və 25-də beynəlxalq yoldaşlıq görüşü çərçivəsində Madaqaskarla Botsvana ilə üz-üzə gələcək Burundi millisinin heyətində yer alacaq.

İdman.biz

Məqalədə: