Ronaldodan böyük üstünlük

Xəbərlər
11 Mart 2024 11:50
154
Ronaldodan böyük üstünlük

Beynəlxalq oyunlarda bir il ərzində ən çox qol vuran futbolçular açıqlanıb.

İdman.biz xəbər verir ki, İFFHS-in siyahısında milli komanda və klub turnirlərində vurulan qollar nəzərə alınıb.

Cədvələ ən azı 20 qol vuranlar daxil edilib. Bu, indiyədək 33 dəfə qeydə alınıb.

Dünya rekordu Kriştiano Ronaldoya məxsusdur. O, 2017-ci ildə 32 dəfə fərqlənib. Portuqaliyalı daha bir dəfə 25 qol vurmağı bacarıb. Ümumilikdə yalnız 5 dəfə bir futbolçu il ərzində 25 dəfə rəqib qapısına yol tapıb.

Qeyd edək ki, eyni sayda qol vuranlar millidəki göstəricisinə görə fərqləndirilib.

1. Kriştiano Ronaldo (Portuqaliya, “Real”) – 32 (2017)
2. Jüst Fonten (Fransa, “Reyms) – 26 (1958)
3. Vivian Vudvard (İngiltərə, “Çelmsford”, “Çelsi”) – 25 (1909)
4. Lionel Messi (Argentina, “Barselona) – 25 (2012)
5. Kriştiano Ronaldo (Portuqaliya, “Real”) – 25 (2013)

İdman.biz